Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2024-cü il Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi yeri açıqlayıb. FİDE-nin Baş Assambleyasının qərarına əsasən, yarış Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq. Budapeşt turnirə artıq ikinci dəfə ev sahibliyi edəcək. Yarış bunadək Macarıstan paytaxtında dəfə 1926-cı ildə keçirilib. Həmin vaxt turnirdə Macarıstan qalib olub. Qeyd edək ki, Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılsa da, Rusiyadakı yarış koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.
Olimpiadaya Budapeşt ev sahibliyi edəcək