Sürixdə DÇ-2022-nin püşkatma mərasimi keçiriləcək

Sürixdə DÇ-2022-nin püşkatma mərasimi keçiriləcək

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq. İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə millimizin də rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə 20 komanda yüksələcək. Qrup qalibi olan 10 komanda birbaşa final, ikinci yerin sahibləri isə pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq. Canni de Byazinin rəhbərlik etdiyi yığmamız 5-ci səbətdə yer alıb.

Komandamız 6-cı səbətdən bir zəif komandaya rəqib ola bilər. Digər səbətlərdəki yığmalar isə həm reytinq, həm də səviyyə baxımından millimizdən üstündür.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland. 2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya. 3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya. 4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq. 5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra. 6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino. Qeyd edək ki, 2021-ci ildə keçiriləcək 10 turdan ibarət seçmə mərhələyə martın 24-də start veriləcək. Pley-off oyunları isə 2022-ci ilin martında olacaq.