2023-cü ildə Ümumdünya Yay Universiadasına ev sahibliyi edəcək Yekaterinburqdakı Su İdmanı Sarayının layihəsi dövlət inşaat ekspertizasından uğurla keçib.
Tikinti işləri 2021-ci il dekabrın 30-dan gec olmayaraq tam başa çatdırılmalıdır. Su İdmanı Sarayının inşası təxminən 10 milyard rubla başa gələcək.
Su idmanı sarayı, "Expo" Beynəlxalq Sərgi Mərkəzinin yanında, “Atletlər kəndi”nin yerləşdiyi ərazidə inşa ediləcək. İdman obyektinin sahəsi 60 min kvadrat metrdən çox olacaq. “Atletlər kəndi” 230 min kvadrat metrdən çox ərazini əhatə edəcək.
Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.
Su İdmanı Sarayının layihəsi ekspertizadan uğurla keçdi