Azərbaycan Kubokunun oyunları gələn il keçiriləcək

Azərbaycan Kubokunun oyunları gələn il keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunun oyunları növbəti ilə təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) qərar qəbul edib.

AFFA və PFL Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində Azərbaycan Premyer Liqası ilə yanaşı ölkə kubokunun təqvimində də dəyişikliklər edilib.

1/8 final mərhələsinin oyunları dekabrın 24-də yox, 2021-ci il yanvarın 25-də olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsində “Səbail” - “Zaqatala”, “Turan Tovuz” - “Qəbələ”, “Sabah” - “Kəpəz”, “Qaradağ Lökbatan” - “Zirə” oyunları təşkil ediləcək. "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" mübarizəyə 1/4 finalda qoşulacaq.