Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi

Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. Sonuncu - VI turda 12 qrupda 23 oyun keçirilib. Yalnız Azərbaycan çempionu “Qarabağ”ın koronavirusa yoluxan futbolçularının çox olması üzündən İspaniyada keçirilməsi planlaşdırılan “Vilyarreal”la matçı ləğv olunub. Bu görüşlə UEFA yaxın günlərdə yekun qərarını açıqlayacaq. Görüşün ləğv olunacağı və Ağdam təmsilçisinə texniki məğlubiyyət veriləcəyi gözlənilir. "Qarabağ"ın yer aldığı I qrupda İsraildə Təl-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzan Türkiyənin "Sivasspor" klubu qrupda qalıb. Meydan sahibləri minimal hesablı qələbə ilə İspaniyanın "Vilyarreal" klubundan sonra pley-offa yüksələn 2-ci komanda olub.

Beləliklə, son oyun günündə 1/16 finala daha 6 vəsiqənin sahibinin adına aydınlıq gəlib. “Yanq Boyz”, “Molde”, “Napoli”, “Real Sosyedad”, Təl-Əviv “Makkabi”si və “Volfsberq” yoluna davam edən komandalar sırasına qoşulub. Qeyd edək ki, bu turadək “Roma”, “Arsenal”, “Slaviya”, “Bayer”, “Benfika”, “Reyncers”, “Qranada”, PSV, “Lester”, “Braqa”, “Lill”, “Milan”, “Vilyarreal”, “Antverpen”, “Tottenhem”, Zaqreb “Dinamo”su, “Hoffenhaym” və “Srvena Zvezda” 1/16 finala vəsiqə qazanıb. Bu klublara Çempionlar Liqasında öz qruplarında 3-cü pilləni tutmuş 8 kollektiv - "Şaxtyor" Donetsk və "Dinamo" Kiyev (hər ikisi Ukrayna), "Mançester Yunayted" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Ayaks" (Niderland), "Krasnodar" (Rusiya), "Brügge" (Belçika) qoşulacaq.

Avropa Liqası VI tur 10 dekabr

A qrupu 21:55. “Yanq Boyz” (İsveçrə) - ÇFR (Rumıniya) - 2:1 Nsame, 90+4 (pen.), Qaudino, 90+6 - Debelju, 84 21:55. MOİK (Sofiya, Bolqarıstan) - “Roma” (İtaliya) - 3:1 Rodriqes, 5, Sov, 34, 55 - Milanese, 22

B qrupu 21:55. “Dandolk” (İrlandiya) - “Arsenal” (İngiltərə) - 2:4 Flores, 22, Hoare, 85 - Nketia, 12, Elneni, 18, Villok, 67, Baloqun, 80 21:55. “Rapid” (Avstriya) - “Molde” (Norveç) - 2:2 Ritsmayer, 43, İbrahimoğlu, 90 - Eikrem, 12, 46

C qrupu 21:55. “Hapoel” (Beer-Şeva, İsrail) - “Nitsa” (Fransa) - 1:0 Hatuel, 72 21:55. “Bayer” (Almaniya) - “Slaviya” (Çexiya) - 4:0 Bailey, 8, 32, Diabi, 59, Bellarabi, 90+1

D qrupu 21:55. “Standard” (Belçika) – “Benfika” (Portuqaliya) – 2:2 Raskin, 12, Tapsoba, 60 – Everton, 16, Pizzi, 67 (pen.) 21:55. “Lex” (Polşa) – “Reyncers” (Şotlandiya) – 0:2 İtten, 31, Haci, 72

E qrupu 21:55. PSV (Niderland) - “Omoniya” (Kipr) - 4:0 Malen, 36, Dumfries, 63 (pen.), Piroe, 90+1, 90+3 21:55. PAOK (Yunanıstan) - “Qranada” (İspaniya) - 0:0

F qrupu 21:55. “Napoli” (İtaliya) – “Real Sosyedad” (İspaniya) – 1:1 Zelinski, 35 – Villian, 90+2 21:55. “Riyeka” (Xorvatiya) – “Alkmaar” (Niderland) – 2:1 Menalo, 52, Tomeçak, 90+3 – Vijndal, 57

G qrupu 00:00. “Lester” (İngiltərə) - AEK (Yunanıstan) - 2:0 Ünder, 12, Barnes, 14 00:00. “Braqa” (Portuqaliya) - “Zarya” (Ukrayna) - 2:0 Abu Hanna, 61 (avtoqol), Orta, 68

H qrupu 00:00. “Seltik” (Şotlandiya) – “Lill” (Fransa) – 3:2 Jullyen, 22, Makqreqor, 27, Tarnbull, 75 – İkone, 24, Vea, 71 00:00. “Sparta” (Çexiya) – “Milan” (İtaliya) – 0:1 Hauqe, 23

İ qrupu “Vilyarreal” (İspaniya) - “Qarabağ” (Azərbaycan) – baş tutmayıb

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) “Sivasspor” (Türkiyə) - 1:0 Saborit, 66

J qrupu 00:00. “Lüdoqorets” (Bolqarıstan) – LASK (Avstriya) – 1:3 Manu, 46 – Vyesinger, 56, Renner, 62 (pen.), Madsen. 67 00:00. “Tottenhem” (İngiltərə) – “Antverpen” (Belçika) – 2:0 Vinisius, 57, Lo Kelso, 71

K qrupu 00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - MOİK (Moskva, Rusiya) - 3:1 Qvardiol, 28, Orsiç, 41, Kastrati, 75 - Bistroviç, 76 00:00. “Volfsberq” (Avstriya) - “Feyenoord” (Niderland) - 1:0 Yovelyiç, 31

L qrupu 00:00. “Hoffenhaym” (Almaniya) - “Gent” (Belçika) - 4:1 Beyer, 21, 49, Skov, 26, Kramariç, 64 - Fortuna, 81 00:00. “Slovan” (Çexiya) - “Srvena Zvezda” (Serbiya) - 0:0