“Qara qartallar”ın daha bir futbolçusunda koronavirus aşkarlandı

“Qara qartallar”ın daha bir futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Beşiktaş” klubunda növbəti koronavirusa yoluxma qeydə alınıb. Super Liqanın XII turunun “Alanyaspor”la dekabrın 13-də keçiriləcək oyunu ərəfəsində test verən İstanbul klubunda bir futbolçuda infeksiya aşkarlanıb.

Testi müsbət nəticə verən oyunçunun adı açıqlanmır. Klubun yaydığı açıqlamada bildirilir ki, bu futbolçu karantinə alınıb və bütün protokol qaydalarına əməl olunur.

Qeyd edək ki, cari mövsümdə “Beşiktaş”ın 10 futbolçusu, həmçinin prezidenti Ahmet Nur Çebi və baş məşqçisi Sərgən Yalçın da infeksiyaya yoluxub.