Keçmiş federasiya rəsmisini 400 illik həbs gözləyir

Keçmiş federasiya rəsmisini 400 illik həbs gözləyir

Sinqapur Futbol Assosiasiyasının keçmiş direktor müavini İkram Cit Sinq həbs oluna bilər. 40 yaşlı sabiq funksioner həyat yoldaşı ilə birlikdə irimiqyaslı korrupsiyada ittiham olunur. Onun 400 illik həbs cəzasına məhkum edilə biləcəyi gözlənilir. Qeyd edək ki, Sinq 2019-cu ilin yanvarında Sinqabur Futbol Assosiasiyasındakı işindən uzaqlaşdırılıb.