Qarətçilər dəfn mərasimindən istifadə edərək əfsanəvi futbolçunun evini soydular

Qarətçilər dəfn mərasimindən istifadə edərək əfsanəvi futbolçunun evini soydular

64 yaşında vəfat edən İtaliyanın millisinin keçmiş hücumçusu Paolo Rossinin evi dəfn edilərkən qarət edilib. Cinayətkarlar keçmiş futbolçunun qol saatı da daxil olmaqla, şəxsi əşyalarını oğurlayıblar. Rossinin arvadı cənazədən qayıtdıqdan sonra əşyaların olmadığını görüb. Hadisə ilə bağlı polis araşdırma aparır.

Qeyd edək ki, Rossi 1982-ci ildə keçirilən dünya kubokunda 6 qolla bombardir olub və İtaliyanın turniri qalibi olmasına kömək edib. O, həmin il "Qızıl top" da qazanıb.