Baş məşqçi koronavirusdan dünyasını dəyişdi

Baş məşqçi koronavirusdan dünyasını dəyişdi

Məşhur xorvatiyalı baş məşqçi Otto Bariç koronavirusdan vəfat edib. O.Bariç 88 yaşında Zaqrebdəki xəstəxanalardan birində dünyasını dəyişib. O, futbolçu kimi yerli "Metalats" və "Lokomotiva"nın formasını geyinib, baş məşqçi qismində isə Xorvatiya, Albaniya və Avstriya yığmalarına, Almaniyanın "Ştutqart", Avstriyanın "Kazino", "Şturm", "Rapid" və LASK, Türkiyənin "Fənərbağça", "Lokomotiva" və digər komandalara rəhbərlik edib. Mərhum mütəxəssis Avstriya və Xorvatiya çempionu olub.