“Liverpul”un keçmiş baş məşqçisi dünyasını dəyişdi

“Liverpul”un keçmiş baş məşqçisi dünyasını dəyişdi

Fransalı futbol mütəxəssisi, İngiltərənin “Liverpul” klubunun keçmiş baş məşqçisi Jerar Ulye vəfat edib. Tanınmış mütəxəssis 73 yaşında həyatla vidalaşıb. J.Ulye məşqçilik karyerası ərzində “Lans”, PSJ, “Liverpul”, “Lion”, “Aston Villa” kimi klublara rəhbərlik edib, həmçinin Fransanın əsas və aşağı yaş qrupu yığmalarını çalışdırıb.

2001-ci ildə ilin məşqçisi adına layiq görülən Ulyenin ölüm səbəbi açıqlanmayıb.