Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu mərhələdə üz-üzə gələcək cütlüklər müəyyənləşib. Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam
etdirən 16 komanda 8 cüt təşkil edib. Qrup mərhələsində ilk iki yeri tutanların qüvvəsini sınayacağı 1/8 finalda yalnız 6 ölkə təmsilçisi mübarizə aparacaq. İspaniya və Almaniyanın 4, İngiltərə ilə İtaliyanın 3, Fransa və Portuqaliyanın 1 komandası qalib adına iddiasını qoruyur.
Çempionlar Liqası
1/8 final mərhələsi
"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)
"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə)
"Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə)
"Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya) "Barselona" (İspaniya) - PSJ (Fransa)
“Atalanta” (İtaliya) - “Real Madrid ” (İspaniya)
“Sevilya” (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qrup qalibləri ilk matçı səfərdə, ikinci oyunu isə evdə keçirəcək.