Azərbaycanın tanınmış futbolçusu koronavirusdan dünyasını dəyişdi

Azərbaycanın tanınmış futbolçusu koronavirusdan dünyasını dəyişdi

Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib. Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. O bildirib ki, 70 yaşlı sabiq oyunçu bu gün koronavirusdan dünyasını dəyişib: "Həyat yoldaşı da, özü də Quzanlıda olanda xəstələnmişdi. Vəziyyəti ağırlaşanda Bakıya gətirdilər. Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev onun Bakıya gətirilməsinə köməklik etdi. AFFA-nın vitse-prezidenti Elxan Məmmədov da qurumun həkimini yönləndirdi. Lakin onun həyatını xilas etmək mümkün olmadı. Oğlu zəng edərək, Elbrus Abbasovun rəhmətə getdiyini bildirdi".

Qeyd edək ki, futbolçu karyerası ərzində “Qarabağ”, “Neftçi”, “Dinamo” (Gəncə) kimi klubların formasını geyinmiş Elbrus Abbasov son olaraq Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri kimi çalışıb. Sabiq hücumçu AFFA nümayəndəsi kimi də oyunlara təyinat alıb.

Allah rəhmət eləsin!