Kriştianu Ronaldodan yeni rekord

Kriştianu Ronaldodan yeni rekord

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo İtaliya çempionatının 11-ci turunda “Cenoa” ilə qarşılaşmada (3:1) yeni uğura nail olub. Belə ki, futbolçu XXI əsrdə Avropanın Top-5 Liqasının elit dizivyonlarında (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) 400 oyunda qələbə qazanan ilk futbolçu adını qazanıb. Reytinqin ikincisi 365 qələbə ilə “Barselona”nın hücumçusu Lionel Messidir. Üçünçü pillədə isə 350 qələbə ilə K.Ronaldonun komanda yoldaşı, qapıçı Canluici Buffon qərarlaşıb.

Bildirək ki, 35 yaşlı portuqaliyalı ulduz penalti ilə iki qol vurmaqla, “Qoca Sinyora”nın heyətində çıxış etdiyi 100-cü oyununda dubl edib. Digər qol isə Paulo Dibalın aktivinə yazılıb.

Qeyd edək ki, cari mövsümdə K.Ronaldo Turin təmsilçisini heyətində keçirdiyi 11 oyunda 14 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.