Xəyalların komandasınında yer alan 11 əfsanə

Xəyalların komandasınında yer alan 11 əfsanə

"France Football" nəşri futbol tarixinin ən yaxşıları ilə bağlı səsvermənin nəticələrini açıqlayıb. Futbol tarixinin ən yaxşı “11-liy”nə hazırda karyerasını davam etdirən 2 oyunçunun adı daxil edilib. Bunlar İspaniyanın "Barselona" klbunun kapitanı Lionel Messi və İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldudur. Rəmzi heyət 3-4-3 taktiki sxemi üzərində hazırlanıb.

Qapıçı: Lev Yaşin (Rusiya)

Müdafiəçilər: Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya)

Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya)

Hücumçular: Lionel Messi ("Barselona", İspaniya), Ronaldo (Braziliya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya)

Qeyd edək ki, xəyalların komandasını "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.