25 yaşlı futbolçu avtoqəzanın qurbanı oldu

25 yaşlı futbolçu avtoqəzanın qurbanı oldu

Cənubi Afrika Respublikasının (CAR) milli komandasının 25 yaşlı futbolçusu Motjeka Madişa avtoqəza nəticəsində həlak olub. Bu barədə CAR Futbol Federasiyası öz saytında məlumat verib.

İdmançının avtomobili dekabrın 13-də qəzaya düşüb. "Bu çox kədərlidir. Gənc, istedadlı futbolçu bizi tərk etdi. Mən Madişadan daha peşəkar birini tanımırdım", - deyə millinin baş məşqçisi Molefi Ntseki etiraf edib.

Qeyd edək ki, M.Madişa millinin tərkibində müdafiəçi olaraq çıxış edib. Futbolçu klub səviyyəsində CAR çempionatından “Mamelodi Sandauns” komandasını təmsil edib. Futbolçu “Sandauns”un heyətində 800 oyun keçirib və üç qol vurub.

Motjeka Madişa CAR-nı 2015-ci ildən beynəlxalq səviyyədə təmsil edib. Onun hesabında 13 oyun və milli komandanın tərkibində bir qol var.