31:0 hesablı qələbə tənqidə səbəb oldu

31:0 hesablı qələbə tənqidə səbəb oldu

“Real”ın U-9 komandası “Villavarde” klubunu 31:0 hesabıyla məğlub edib. “Kral klubu” rəqibinə hörmət məqsədiylə oyunun nəticəsini rəsmi saytında qeyd etməyib.
Lakin “Villavarde” klubu sosial şəbəkə hesabında oyunun nəticəsini paylaşaraq, “Real”ı tənqid edib. Paylaşımda bunlar da qeyd olunub: “Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik. Böyük klublar aşağı yaş qruplarında belə nəticələrdən çəkinməlidirlər. Bundan başqa, federasiya da liqaların təşkilini yenidən nəzərdən keçirməlidir”.