Keçmiş baş məşqçi koronavirusa yoluxub

Keçmiş baş məşqçi koronavirusa yoluxub

“Real Madrid" futbol klubunun keçmiş baş məşqçisi Vanderley Luşemburqo koronavirusa yoluxub. Hazırda heç bir kluba rəhbərlik etməyən 68 yaşlı mütəxəssis Sao Pauloda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilib. O, özündə COVİD-19 simptomlarını müşahidə etdikdən sonra həkimlərə müraciət etmək qərarına gəlib.

Xatırladaq ki, Vanderley Luşemburqo iyul ayının əvvəlində koronavirus infeksiyasına yoluxmuşdu. Lakin onun bu xəstəlyii simptomsuz keçirdiyi bildirilirdi.

Vanderley Luşemburqo 2004-2005-ci illərdə “Real Madrid” klubuna rəhbərlik edib. Keçmiş baş məşqçi karyerasının əksər hissəsini doğma vətəni olan Braziliyada keçirib. Orada mütəxəssis “Flamenqo”, “Palmeyras”, “Santos”, “Korintians”, “Kruzeiro”, “Atletiko Mineyro”, “Qremio”, “Fluminense” və “Vasko da Qama” klublarına rəhbərlik edib.

Həmçinin 2019-cu ilin noyabr ayında V. Luşemburqoya dəri xərçəngi diaqnozu qoyulduğu bildirildi.