“Qara qartallar”ın daha bir futbolçusu COVİD-19-a yoluxdu

“Qara qartallar”ın daha bir futbolçusu COVİD-19-a yoluxdu

Türkiyənin “Beşiktaş” klubunda növbəti koronavirus testlərinin nəticələri açıqlanıb. Türkiyə kubokunun 5-ci mərhələsinin “Tarkus İdman Yurdu” ilə oyunundan öncə verilən testlərdən biri pozitiv

nəticələnib. Dekabrın 17-də baş tutacaq qarşılaşmadan öncə infeksiyaya yoluxan futbolçunun adı açıqlanmayıb. Həmin oyunçu təcrid edilib və karantinə alınıb.

Qeyd edək ki, cari mövsümdə “Beşiktaş”ın 11 futbolçusunun testi müsbət nəticələnib.