5 əvəzetmə qaydasının istifadə müddəti uzadıldı

5 əvəzetmə qaydasının istifadə müddəti uzadıldı

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarına dəyişiklik edib. Koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilədək uzadılıb. Yeni qərar ökədaxili yarışlarda 2021-ci il dekabrın 31-dək qüvvədə olacaq. Beynəlxalq matçlarda isə 5 əvəzetmə qaydasından 2022-ci il iyulun 31-dək istifadə olunacaq.