Baş məşqçi 1 milyon avro təzminat alacaq

Baş məşqçi 1 milyon avro təzminat alacaq

Dortmund “Borussiya”sının baş məşqçisi vəzifəsindən azad edilən Lüsyen Favr 1 milyon avro təzminat alacaq. 63 yaşlı mütəxəssis Almaniya çempionatının 11-ci turunda “Ştutqart” (1:5) ilə oyundan sonra klubu tərk edib. Baş məşqçi vəzifəsini icra edən isə L.Favrın keçmiş köməkçisi Edin Terziçdir.

Qeyd edək ki, “Borussiya” turnir cədvəlində 19 xalla beşinci yeri tutur.