Klopp ardıcıl ikinci dəfə ilin ən yaxşı baş məşqçisi seçildi

Klopp ardıcıl ikinci dəfə ilin ən yaxşı baş məşqçisi seçildi

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını açıqlayıb. Kişilərdən “The Best” mükafatına İngiltərənin "Liverpul" klubuna rəhbərlik edən Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis "Lids Yunayted"dən Marselo Byelsa və Almaniyanın "Bavariya" klunundan Hans-Diter Fliki geridə qoyub. Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.

Qeyd edək ki, Yurgen Klopp ötən il də bu nominasiya üzrə bütün rəqiblərini qabaqlayıb.