İlin ən yaxşı qapıçısı

İlin ən yaxşı qapıçısı

FIFA ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb. Kişilərdən “The Best” mükafatına Almaniyanın "Bavariya" komandasının qolkiperi Manuel Noyer layiq görülüb. O, İngiltərənin "Liverpul" klubundan Alisson Beker və İspaniyanın "Atletiko" komandasından Yan Oblakı qabaqlayıb.

Fransanın "Lion" klubunun qolkiperi Sara Buaddi isə yaxşı qadın qapıçı seçilib.