Yanvarın 15-31-də Niderlandda mötəbər yarışlardan hesab olunan Veyk-an Zee şahmat turnirində (“Tata Steel Chess 2021”) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iştirak etməyəcək.
Qrossmeysterimiz ənənəvi superturnirin təşkilatçılarını yarışda iştirak edə bilməməsi ilə bağlı məlumatlandırıb. Ş.Məmmədyarovu hindistanlı Pentala Harikrişna əvəz edəcək. Səksən üçüncü dəfə keçiriləcək budəfəki yarışa 14 şahmatçı mübarizə aparacaq. Belə ki, turnirdə dünya çempionu Maqnus Karlsen, Aryan Tari (Norveç), Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi, Daniil Dubov, Andrey Yesipenko (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Qiri, Jorden Van Forest (Hollandiya), Alireza Firuzca (FİDE), Yan Kşiştov Duda (Polşa), Anton Quixarro (İspaniya) və Nodirbek Abdusattorov (Özbəkistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən il şahmatçılarımız bu yarışın B və C turnirlərində iştirak ediblər.