Qrossmeysterlərimiz onlayn Avropa çempionatında mübarizə aparacaqlar

Qrossmeysterlərimiz onlayn Avropa çempionatında mübarizə aparacaqlar

Bu gün blits üzrə onlayn Avropa çempionatı start götürəcək. Çempionatda Azərbaycan şahmatçıları da mübarizə aparacaqlar. Qitə çempionatında kişi şahmatçılarımızdan Qədir Hüseynov, Vasif Durarbəyli, Eltac Səfərli, Namiq Quliyev, Vüqar Əsədli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Fərid Abbasov, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Rəhim Qasımov, Kamal Ağasiyev, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Nail Bəşirli, Fərid Mustafayev, Read Səmədov, Kənan Qarayev, Rəvan Əliyev mübarizə aparacaqlar. Qadın təmsilçilərimizdən isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva iştirak edəcəklər.

Qeyd edək ki, yarışın əvvəlcə İsveçrə sistemi üzrə 11 turdan ibarət seçmə mərhələsi keçiriləcək. Ən yaxşı 16 oyunçu pley-offa yüksələcək. Pley-off mərhələsinin ən yaxşı 4 oyunçusu isə turnirin medalçılarını və qalibini müəyyənləşdirən yarımfinala yüksələcək. Daha sonra superfinal keçiriləcək.

Ən yaxşı 16 oyunçuya pul mükafatı, medallar və kuboklar veriləcək. Təşkilatçılar, həmçinin ən yaxşı qadın oyunçular, yaşlı oyunçular və müxtəlif yaş qruplarında yeniyetmə şahmatçılar üçün xüsusi mükafatlar hazırlayıblar.