"Neftçi” məşqçisi ilə yollarını ayırdı

"Neftçi” məşqçisi ilə yollarını ayırdı

“Neftçi” klubu fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyano ilə yollarını ayırıb. Bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, ispaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Mario Kastelyano bu ilin yanvarından "Neftçi”də çalışıb.