“Səbail”in baş məşqçisi koronavirusa yoluxdu

“Səbail”in baş məşqçisi koronavirusa yoluxdu

"Səbail"in baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb. Bu haqda klubun mətbuat xidmətidən bildirilib. 39 yaşlı mütəxəssisdən götürülən test nümunələrinin nəticəsinin müsbət çıxdığı bildirilib. Komandanın digər üzvlərində cavabların mənfi olduğu da qeyd edilib. Əlavə edək ki,”Səbail” Premyer Liqada növbəti oyununu sabah səfərdə “Keşlə”yə qarşı keçirəcək. Görüş 16:00-da start götürəcək.