“Golden Foot” sahibinə çatdı

“Golden Foot” sahibinə çatdı

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo Golden Foot mükafatına layiq görülüb. Bu barədə klubun rəsmi saytına məlumat verilib.

Portuqaliyalı oyunçunun bu mükafatı qazanmasını dekabrın 1-də elan etmişdilər. Lakin mükafatı ona bu yaxınlarda təqdim ediblər. Klubun mətbuat xidməti gecikmənin koronavirus pandemiyası ilə bağlı olduğunu bildirib. “Golden Foot” laureatları təqdimetmə mərasimində sonra Monte Carlo-da yerləşən Çempionlar Xiyabanında nümayiş olunması nəzərdə tutulan ayaq izlərini əbədiləşdirirlər.

“Bu mükafatı almaq mənim üçün şərəfdir. Xoşbəxtəm ki, ayaq izlərim böyük çempionların izlərinin yanında olacaq. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Həmişə mümkün qədər yaxşı oynamağa və qol vurmağa çalışacağam”, - deyə K.Ronaldo bildirib.