Şahmat üzrə klublararası Avropa kubokunun finalında Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası ilk 4 görüşünü keçirib. Komandamız yalnız Fransanın “Clichy-Ezheks-92” yığması üzərində qələbə qazanıb (2,5:1,5), Rusiyanın “Qambit” (1,5:2,5), Almaniyanın “SK Schwäbisch Hall” (1,5:2,5), Polşanın “Polşa Hussars” (1,5:2,5) komandalarına məğlub olub.
Yarışın qalibləri dairəvi sistem üzrə müəyyənləşəcək.
Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı “Odlar yurdu” komandası “D” qrupunda ikinci yeri tutaraq finala yüksəlib.
Yekun nəticəyə görə, komandamız 2 xalla turnirdə 10-cudur. Birinci yerdə 7 xalla Monakonun “Monte Karlo” yığması qərarlaşıb.