Messi yeddinci dəfə “Piçiçi” mükafatına layiq görülüb

Messi yeddinci dəfə “Piçiçi” mükafatına layiq görülüb

“Barselona”nın futbolçusu Lionel Messi “Piçiçi” mükafatına layiq görülüb.

Argentinalı hücumçu La Liqanın ən yaxşı bombardiri üçün nəzərdə tutulan kuboka sahib olub. O, ötən mövsüm 25 qol vurub.

Otuz beş yaşlı forvard karyerasında 7-ci dəfə bu uğura yiyələnib.

Qeyd edək ki, Lionel Messi bu mövsüm La Liqada 13 oyuna 6 qol vurub.