“Qəbələ” klubunun futbolçusu cəzalandırıldı

“Qəbələ” klubunun futbolçusu cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Premyer Liqanın XII turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib. “Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. Meydan sahiblərinin futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub 200 manat cərimələnib.