Kasilyas yenidən “Real Madrid”ə qayıtdı

Kasilyas yenidən “Real Madrid”ə qayıtdı

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas “Real Madrid”ə qayıdıb. 39 yaşlı keçmiş qolkiper klub fondunda baş direktorun müavini vəzifəsini icra edəcək.

Qeyd edək ki, İker Kasilyas son olaraq Portuqaliyanın “Portu” klubunun formasını geyinib. Karyerasını bu il başa vuran keçmiş oyunçu 1998-2015-ci illərdə “Real Madrid”də çıxış edib