Keçmiş FİFA prezidentinə qarşı cinayət işi açıldı

Keçmiş FİFA prezidentinə qarşı cinayət işi açıldı

FİFA sabiq prezidenti Yozef Blatter haqqında Sürix prokurorluğunda cinayət işi qaldırıb.

Bu barədə qurumun saytı məlumat yayıb. 84 yaşlı funksioner və onun seçdiyi şirkətlər FİFA Muzeyi üzərində işləyərkən qanun pozuntularına yol verməkdə şübhəli bilinir.

Blatter Sürixdəki binanın tikintisi üçün 500 milyon İsveçrə frankı məbləğində pul ayırıb. Lakin FİFA-nın sabiq rəhbəri binanın təmirinə 140 milyon frank xərcləyib.

Qeyd edək ki, Blatter 1998-2015-ci illərdə FİFA prezidenti olub.