Stadionda quraşdırılan qeyri-adi küknar ağacı

Stadionda quraşdırılan qeyri-adi küknar ağacı

“Soçi” futbol klubunun ev oyunlarını keçirdiyi “Fişt” stadionuna yeni il üçün xüsusi aksiya hazırlanıb. Futbol meydançasının mərkəzində qeyri-adi küknar ağacı quraşdırılıb. Stadionun mətbuat xidmətindən verilən məlumata görə, küknar 258 müxtəlif futbol topu modelləri ilə bəzədilib. Qeyri-adi yeni il ağacının konstruksiyasını və dizaynını stadionun işçiləri özləri hazırlayıblar. Bayram atributu metal karkasdan, süni qazondan, qapı torundan və futbol toplarından ibarətdir.
Qeyd edək ki, “Fişt küknar ağacı” yanvar ayı ərzində stadion ziyarətçilərini sevindirəcək.