İcraiyyə Komitəsinin iclası olacaq

İcraiyyə Komitəsinin iclası olacaq

AFFA-nın İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanıb. Toplantı dekabrın 24-də videokonfrans formatında keçiriləcək.

Saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması

3. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

4. Digər məsələlər