Azərbaycan Premyer Liqasında ilin son turuna start verilir

Azərbaycan Premyer Liqasında ilin son turuna start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçiriləcək. Qış fasiləsi öncəsi sonuncu turun bütün qarşılaşmaları eyni gündə təşkil olunacaq. 20 xalla 2-3-cü yerləri bölüşən "Qarabağ" və "Zirə" "Azersun Arena"da münasibətlərinə aydınlıq gətirəcəklər. İndiyədək çempionatda 20 dəfə üz-üzə gəlmiş komandaların duelində Ağdam təmsilçisi 14 qələbə qazanıb.

XII turdan 10 xal toplayan və sonuncu pillədə qərarlaşan "Sabah" bu tur 16 xalla 4-cü pillədə yer alan "Sumqayıt"ın qonağı olacaq. Ötən tur qələbə sayəsində xallarını 13-ə çatdıraraq, 5-ci sıraya yüksələn "Səbail" "Qəbələ"ni qəbul edəcək. Hazırda əyalət təmsilçisi 12 xalla 7-ci pillədə yer alır. Tura paytaxt derbisi ilə yekun vurulacaq. 21 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşacaq. "Ağ-qaralar" rəqibini məğlub edərək, fasiləyə qış çempionu kimi yollanmağa çalışacaq.

24 dekabr (cümə axşamı)

Azərbaycan Premyer Liqası, XIII tur

16:00. “Səbail” – “Qəbələ” (canlı/pfl.az) Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov “ASCO Arena”

16:00. “Sumqayıt” –“ Sabah” Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: İlham Əliyev “Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Zirə” (canlı/“CBC Sport“) Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Elgiz Abbasov “Azersun Arena”

18:00. “Neftçi” – “Keşlə” (canlı/“CBC Sport“) Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Maşallah Əhmədov “Bakcell Arena”