"Neftçi" qış çempionu oldu

"Neftçi" qış çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb. 2020-ci ilin son turuna "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulub. Paytaxt derbisində 2:1 hesablı qələbə qazanan "ağ-qaralar" qış fasiləsinə lider kimi yollanıb. Beləliklə, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Neftçi" Azərbaycan Premyer Liqasında 9-cu dəfə qış çempionu adını qazanıb. Sonuncu dəfə iki il əvvəl qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə nail olub. Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir. “Qarabağ”ın 7 belə uğuru var. “Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Zirə"yə 3:2, "Qəbələ" "Səbail"ə 3:1, "Sabah" isə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.