"Real Madrid"in hücumçusu zədələndi

"Real Madrid"in hücumçusu zədələndi

İspaniya La Liqasının XV turunda "Qranada" ilə matçda zədələnən "Real Madrid"in futbolçusu Rodriqonun durumuna aydınlıq gəlib. Əzələsində problem aşkarlanan 19 yaşlı hücumçu təxminən 3 ay oynaya bilməyəcək.
Braziliyalı forvard görüşün 38-ci dəqiqəsində xəsarət alıb və meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.