İbrahimoviç koronavirusun psixoloji çətinliklərindən danışdı

İbrahimoviç koronavirusun psixoloji çətinliklərindən danışdı

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç koronavirusa yoluxduğu üçün karantində qaldığı vaxtı xatırlayıb. 39 yaşlı hücumçu xəstəliyin psixoloji cəhətdən onun üçün çətin olduğunu deyib:
"Koronavirus böyük bir faciədir. Yoluxduğum ilk günlərdə başım ağrıyırdı. Amma elə də bezdirici deyildi. Sonra dadbilmə və iybilmə hissimi itirdim. Karantində qalanda bütün günüm evdə keçirdi. Çölə çıxa bilmədiyim üçün əsəbləşirdim. İş o yerə çatmışdı ki, evlə danışırdım. Hətta divarlara ad verirdim. Bu, psixoloji problemə çevrildi. Özünüzə baxıb, içinizdə olan bütün pis şeyləri, hətta olmayanları xatırlayırsınız".
Qeyd edək ki, sentyabrın 24-də koronavirusa yoluxduğu aşkarlanan isveçli oyunçunun oktyabrın 9-da sağaldığı məlum olmuşdu.