Şahmat üzrə “Airthings Masters”ə start verilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits üzrə təşkil olunan turnirin ilk günündə 4 qarşılaşma keçirib.
Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Qiri (Niderland) ilə heç-heçə edən təmsilçimiz David Quijarronu (İspaniya) məğlub edib. Nəticədə 2,5 xal yığan T.Rəcəbov liderlər qrupunda qərarlaşıb.
Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar mərhələ adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.
Qrossmeysterimiz liderlər qrupunda qərarlaşıb