“Qarabağ” klubu ilin komandası seçildi

“Qarabağ” klubu ilin komandası seçildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb. Bu haqda Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. İl ərzində 2019-2020-ci il mövsümünün 6, 2020-2021-ci il mövsümünün 13 turunun oyunları keçirilib. On doqquz turda ümumilikdə 75 oyun baş tutub. Bu matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabərdir. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıb, 22 görüşdə isə heç-heçə qeydə alınıb.

Yola salmaqda olduğumuz ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Cəmi bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan “Neftçi” 36 xal toplayıb. Üçüncü sırada qərarlaşan “Zirə” klubu “ağ-qaralar”dan 10 xal geridədir.