“Keşlə”nin baş məşqçisi xəstəxanadan evə buraxıldı

“Keşlə”nin baş məşqçisi xəstəxanadan evə buraxıldı

"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov koronavirusdan sağalıb. Paytaxt təmsilçisinin Mətbuat katibi Murad Axundovun verdiyi məlumata görə, 55 yaşlı mütəxəssisin test nəticəsi mənfi olub və o xəstəxanadan evə buraxılıb. Y.Hüseynovun hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, Yunis Hüseynovun koronavirus testi dekabrın 15-də müsbət çıxıb.