İbrahimoviçdən özünə Milad hədiyyəsi

İbrahimoviçdən özünə Milad hədiyyəsi

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə qeyri-adi addımı ilə gündəmə gəlib. İsveçli hücumçu Milad bayramı münasibətilə özünə meşə satın alıb.

39 yaşlı forvard Norveçlə sərhəddə yerləşən ərazi üçün 3 milyon avro ödəyib. İbrahimoviçin həmin bölgəni dağçılıq, balıqçılıq və dağ velosipedi məqsədilə istifadə etmək üçün icazəsinin olduğu iddia edilir.