Kriştianu Ronaldo: “Oğlumu futbolçu olması üçün məcbur etməyəcəyəm”

Kriştianu Ronaldo: “Oğlumu futbolçu olması üçün məcbur etməyəcəyəm”

“Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldo oğlunun futbolçu olmasını arzuladığını bildirib.
“Bəzən oğlum məni əsəbləşdirdiyini bildiyi halda qazlı su, çipsi və digər qeyri-sağlam qidalardan istifadə edir. Bəzən də ona qaçışdan sonra soyuq suya baş vurmağını deyirəm. Lakin o mənə “Ata, bura çox soyuqdur” deyir. Əslində mən onu yaxşı başa düşürəm çünki onun sadəcə 10 yaşı var. Oğlumun böyük futbolçu olub-olmayacağını yaşayıb görəcəyik. Düzünü desəm, onun buna potensialı var. Yəni o cəlddir, reaksiyası güclüdür amma bunlar yetərli deyil. Ona hər zaman uğur qazanamaq üçün çox çalışmalı olduğunu deyirəm. Mən oğlumu futbolçu olması üçün məcbur etməyəcəm. Amma onun futbolçu olmasını istəyib-istəməməyimlə bağlı sual versəniz, mən “istəyirəm” deyə cavab verəcəm. Əsas peşəsinin ən yaxşısı olmaqdır. Fərq etməz, futbolçu yoxsa həkim olacaq”, - deyə futbolçu bildirib.