Rapid üzrə “Champions Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın ilk oyunları keçirilib. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dörddəbir finalın dörd partiyadan ibarət ilk oyununda rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə (2:2) başa çatıb.
Bu gün “Airthings Masters” turnirində dörddəbir finalın cavab oyunları keçiriləcək. Qrossmeysterimiz Teymur Rəcəbov bu mərhələdə rusiyalı Yan Nepomnyaşi ilə dörd partiyadan ibarət növbəti oyunda mübarizə aparacaq.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.
Teymur Rəcəbov bu gün cavab oyununu keçirəcək