AFFA qalibləri mükafatlandırdı

AFFA qalibləri mükafatlandırdı

AFFA-nın inzibati binasında U-15 Liqa, U-16 Liqa, “Bakcell U-17 Liqa”, Gənclər Liqası və qızlar arasında UNICEF U-16 Liqası və Yüksək Liqasının 2019/2020-ci il mövsümünün qaliblərinə kubok və medallar təqdim olunub. “Qəbələ” U-15, U-17 və Gənclər Liqasının, “Sabah” isə U-16 Liqanın qalibi olub. UNİCEF U-16 Qızlar Liqasında və Yüksək Liqada 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası fərqlənib.
AFFA İcraiyyə Komitəsinin mayın 22-də qəbul edilmiş qərarına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılmış, liqalarda mövcud vəziyyətdə birinci pillədə olan aşağıdakı komandalar liqaların qalibləri elan olunmuşdur.