25 yaşlı argentinalı futbolçu Yevgeniya Laprovittola Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın qızı olduğunu bəyan edib. Atalıq faktını sübut etmək üçün idmançı artıq iddia qaldırıb. Jurnalist Luis Venturanın sözlərinə görə, D.Maradonaya Y.Laprovittolanın ölümündən əvvəl istəyini bildirib. Bildirək ki, dekabrın 17-də Argentina Məhkəməsi futbolçunun meyitini kremasiya etməməyə qərar verib. Bu qərar gələcəkdə atalığa dair faktları müəyyənləşdirmək üçün oyunçunun qalıqlarından istifadə etmək üçün qəbul edilib.
Xatırladaq ki, 60 yaşlı Dieqo Maradona noyabrın 25-də dünyasını dəyişib. Onun ölüm səbəbi ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödemi olub.
Qeyd edək ki, rəsmi olaraq, D.Maradona beş uşaq atasıdır. Hazırda isə futbolçunun bir neçə tanınmamış varisi onunla qohumluğunu sübut etməyə çalışır.