Əlində fişəng partlayan futbolçu görmə qabiliyyətini itirə bilər

Əlində fişəng partlayan futbolçu görmə qabiliyyətini itirə bilər

"Qalatasaray"ın futbolçusu Omar Elabdellaui Yeni il axşamı xəstəxanalıq olub. Bayramı qeyd edərkən 29 yaşlı müdafiəçinin əlində fişəng partlayıb. Ciddi xəsarət alan norveçli futbolçu xəstəxanaya aparılıb.

Omarın həyati təhlükəsi olmadığı, ancaq hər iki gözündən zədə aldığı bildirilib. Hətta onun görmə qabiliyyətini itirəcəyi təhlükəsiylə üz-üzə qaldığı da qeyd olunub.