İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Romas karyerasını Fransada davam etdirə bilər. 34 yaşlı müdafiəçi PSJ ilə razılıq əldə edib. İspaniyalı futbolçunun yayda Paris təmsilçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. "Kral klubu"nun Ramosa 1 illik sözləşmə təklif etdiyi, lakin təcrübəli oyunçunun razılaşmadığı iddia edilir.
Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. O, 2005-ci ildən Madrid klubunun formasını geyinir.
Serxio Ramos PSJ ilə razılığa gəldi
