Klub futbolçuların əmək haqqını azaldıb

Klub futbolçuların əmək haqqını azaldıb


“Real Madrid” klubu oyunçularının əmək haqqlarını 10 faiz azaltması ilə bağlı razılığa gəlib. “Marca” nəşrinin məlumata görə, buna səbəb koronavirus pandemiyası səbəbi ilə gəlirlərin azalmasıdır. Həmçinin klub qış ayları üçün yeni transfer etmək niyyətində olmadığını bəyan edib.
Qeyd edək ki, “Real” İspaniya La Liqasında 17 turdan sonra 36 xal toplayaraq, 1-ci sırada qərarlaşıb.