Yeni müqavilə mütəxəssisə 2,3 milyon avro qazandıracaq

Yeni müqavilə mütəxəssisə 2,3 milyon avro qazandıracaq

İtaliyanın “Latsio” klubu baş məşqçi Simone İnzagi ilə yeni müqavilənin şərtlərinində razılığa gəlib. Məlumata görə, yeni razılaşmaya əsasən, 44 yaşlı mütəxəssis ilinə 2,3 milyon avro qazanacaq. Həmçinin məşqçi üçün əlavə bonus da nəzərdə tutulub. Belə ki, romanlıların çempionatda qalib gəldiyi təqdirdə, S.İnzagiyə 500 min avro mükafat təqdim olunacaq.
Qeyd edək ki, mütəxəssisin klub ilə olan carı müqaviləsi 2021-ci il iyunun 31-nə kimi nəzərdə tutulub.